IELTS sınaq imtahanı keçirildi

04.03.2017-ci il tarixdə rəsmi imtahana hazırlaşan namizədlər qərb bölgəsində ilk dəfə olaraq Gəncə Dövlət Universitetində təşkil olunmuş IELTS sınaq imtahanından keçdilər. Sınaq imtahanı ayda bir dəfədən az olmayaraq keçiriləcək.
Test iştirakçılarımız, ən yüksək standartlara uyğun olaraq və iştirakçıların rahatlığı nəzərə alınaraq hazırlanmış otaqlarda, tamamilə rəsmi imtahan formatında, professional komanda tərəfindən keçirilən imtahandan, öz məmnuniyyətlərini ifadə etdilər.
Nəzərinizə çatdırmaq istərdik ki, Sınaq imtahanının qiyməti 30 AZN təşkil edir.Sınaq imtahanı ayda bir dəfədən az olmayaraq  saat 10:00-da keçirilir.
İmtahanda iştirak etmək üçün ən azı iki iş günü öncədən qeydiyyatdan keçmək mütləqdir.
IELTS Sınaq imtahanları ilə maraqlananlar üçün aşağıda ünvan və telefon nömrələri qeyd olunmuşdur
Heydər Əliyev prospekti 429
İmtahanlarda iştirak etmək istəyən hər kəsi Gəncə Dövlət Universitetinə dəvət edirik.