II FƏNN OLİMPİADASI BAŞLANDI

03 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasında  Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında II Fənn olimpiadasına start verildi. Layihənin əsas məqsədi tələbələr arasında xoşməramlı rəqabət yaratmaqla, onların öz ixtisaslarını daha yaxşı mənimsəmələrinə marağı daha da artırmaqdır.

Olimpiada  hər həftə bir fakültənin tələbələrinin arasında keçiriləcəkdir. İlk addım Tarix-coğrafiya fakültəsinin payına düşüb. 50 tələbə öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.

Bütün fakültələrin iştirakından sonra hər bir fakültə üzrə I, II və  III yerlərə sahib olan tələbələr universitet rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.