II FƏNN OLİMPİADASI DAVAM ETDİRİLİR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının “Gəncə Dövlət Universiteti tələbələrinin II fənn olimpiadası” layihəsi uğurla davam etdirilməkdədir. Növbəti dəfə universitetin əsas binasında Biologiya-kimya fakültəsinin 60 tələbəsi olimpiadada iştirak etdi.

Olimpiadaya başlamazdan  əvvəl Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədov, Botanika kafedrasının müdiri professor Vaqif Novruzov və Biologiya-kimya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev çıxış edərək olimpiadaların əhəmiyyətindən bəhs edərək tələbələrə uğurlar arzuladılar.

Bir saat yarım davam edən olimpiada uğurla yekunlaşdı. Layihə ayrı-ayrı fakültə tələbələrinin iştirakı ilə davam etdiriləcəkdir.