HƏMKARLAR TƏŞKİLATININ İCLASINDA İKİ ƏMƏKDAŞ MÜKAFATLANDIRILDI

07 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda heyət üzvləri  universitetin tədris və ictimai həyatında səmərəli fəaliyyət göstərmiş  Rus dili kafedrasının müdiri dosent Əhmədova Kəmalə Qələndər qızını yubileyi, Azərbaycan dili kafedrasının baş müəllimi, Filologiya fakültəsinin həmkarlar təşkilatının sədri, Universitet AHİK idarə heyətinin üzvü Məmmədova Mehriban Oqtay qızını fəlsəfə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə etməsi münasibəti ilə təbriklərini bildirdilər. Komitənin sədri Afaq Qasımova hər iki əməkdaşa komitə adından pul mükafatı təqdim etdi.