“İLİN PEŞƏKAR GƏNCİ”

afaq

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının layihəsinə uyğun olaraq Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsi  “İlin peşəkar gənci” adlı müsabiqə keçirir. Müsabiqədə Universitetin 20 yaşdan 35 yaşadək, 3 ildən yuxarı əmək stajına malik, peşəkar fəaliyyətində uğurlar qazanmış gənclər iştirak edə edəcəklər. “İlin peşəkar gənci” fəxri adını qazanmaq istəyən iddiaçı digər gənc əməkdaşlardan yüksək peşə hazırlığı, təşəbbüskarlığı, işdə səmərə verən təklifləri, bilik səviyyəsini və sənət təcrübəsini daim təkmilləşdirməsi, ictimai həyyatda fəallığı və yüksək əmək intizamı ilə seçilməlidir.

Müsabiqədə iştirak edən gənc əməkdaşın dövlət və hökumət tərəfindən təltiflərlə mükafatlandırılması, müxtəlif müsabiqə və yarışlardakı nəticələri, beynəlxalq tədbirlərdə, eyni zamanda  həmkarlar ittifaqının fəaliyyətində yaxından iştirakı da nəzərə alınacaqdır.

Müsabiqə ilin sonunda yekunlaşacaq, qaliblər fəxri fərmanla, pul və hədiyyələrlə mükafatlandırılacaqlar.