İMƏCİLİK KEÇİRİLMİŞDİR

09 may 2016-cı il tarixdə şəhərin başqa müəssisələri ilə yanaşı Gəncə Dövlət Universitetinin də kollektivi Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə Nizami Gəncəvi məqbərəsinin ətrafında iməcilik keçirmişdir. Xeyli sayda şam ağacları əkilmiş, lazımi yerlərə qızılgül kolları basdırılmışdır.