İMTAHANLARA START VERİLDİ


27 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin IY kurs tələbələrinin imtahan kompaniyası başladı.Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Filologiya, alman rus, ingilis dili müəllimliyi və digər ixtisaslarda təhsil alan tələbələr cədvəl üzrə test üsulu ilə semester ərzində  aldıqlar biliyi nümayiş etdirirlər.
Universitetdə imtahanların şəffaf, obyektiv, təlimata uyğun şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Kompyüterlərlə təmin olunmuş otaqlarda nəzarətçilər qanun-qaydalara əməl olunmasına ciddi diqqət göstərirlər. Tələbələrə verilmiş əlli sual bir gün əvvəl mütəxəssislər tərəıfindən bunkerdə hazırlanmış, tam şəkildə məxfiliyi qorunmaqla tələbələrin ixtiyarına verilmişdir. IY kurs tələbələri üçün müəyyən güzəştlər də edilmişdir. Belə ki, dörd səhv cavab bir düzgün cavaba xələl gətirmir.
Tələbələr imtahandan razılıq hissi ilə ayrılırlar. Suallar proqram əsasında hazırlanmış, heç bir dolaşıqlığa yol verilməmişdir. Çünki hər il olduğu kimi bu il də imtahanlarda  şəffaflıq və obyektivlik axıra qədər qorunmalıdır.