İQTİSADÇILAR YARIŞDILAR

01 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşəbbüsü və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə fakültənin ayrı-ayrı ixtisaslarını təmsil edən tələbələr arasında intellektual yarış keçirildi.7 ixtisas üzrə  5 nəfərdən ibarət olan komandalar öz dünyagörüşlərini və biliklərini  nümayiş etdirdilər.

Yarışa başlamazdan əvvəl fakültənin dekanı dosent Şahin Xurşudov tələbələri salamlayaraq belə tədbirlərin onların asudə vaxtlarını səmərəli keçirmələrinə, savadlarının artırılmasına, öz aralarında birliyin möhkəmlənməsinə ciddi müsbət təsir etdiyini vurğulayıb, hər bir komandaya uğurlar arzuladı.

20 sualı düzgün cavablandırmaq məqsədilə aparılan gərgin mübarizədə “Espanyol” komandası I yerə, “Qarabağ” komandası II yerə və “Biznesmenler” komandası III yerə sahib oldular.

Qaliblər dekanlıq tərəfindən fəxri fərman və dəyərli hədiyyələrlə mükafatlandılar.