İrlandiya Respublikasının Limerik Texnologiya İnstitutunun nümayəndələri Gəncə Dövlət Universitetinin qonağı olub

İrlandiya Respublikasının Limerik Texnologiya İnstitutunun nümayəndələri Gəncə Dövlət Universitetinin qonağı olub. Kitabxana direktoru Jerald Cavanagh və beynəlxalq layihələr üzrə kordinator Padraig Kirby Gəncə Dövlət Universitetinin rəhbərliyi ilə görüşüb. Bundan sonra qonaqlar universitetin yeni istfadəyə verilmiş tədris binası və burada olan insfrastruktur ilə tanış olub. Səfərin əsas məqsədi Limerik Texnologiya İnstitutu və Gəncə Dövlət Universiteti arasında əlaqələr qurmaq və gələcək layihələrdə əməkdaşlıq etməkdir.