MƏHSƏTİ GƏNCƏVİ MUZEYİNƏ EKSKURSİYA

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Muzeylər həftəsi” devizi altında muzeylərə ekskursiyalar davam edir. Növbəti ekskursiya  XII əsrdə yaşayıb yaratmış  Azərbaycan şairəsi Məhsəti Gəncəvi muzeyi oldu.

Ekskursiyada tələbələrlə bərabər universitetin baza məktəblərindən olan Mir Cəlal Paşayev adına  39 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edirdilər.

Muzeydə maraqlı eksponatlarla tanış olan  tələbə və şagirdlərə görkəmli  şairənin həyat və poeziyası  haqqında geniş məlumatlar verildi. Ekskursiya hər iki tərəfdən olduqca  maraqla qarşılandı.