MƏZUNLARA HƏDİYYƏ

IMG_20160420_142313

Gəncə Dövlət Universitetinin  Alman dili ixtisasının I kurs tələbələri IV kurs məzunları üçün maraqlı tədbir keçirmişlər. Tədbir öz məzmunu, rəngarəng proqramı, şənləndirici epizodları ilə iştirakçıların rəğbətinə səbəb olmuşdur. Eyni zamanda bu, məzunlara sevindirici hədiyyə idi.

Xarici dillər fakültəsinin dekanı dosent  Əjdər Əsgərov və Alman dili kafedrasının müdiri  Vüsalə Kərimova çıxış edərək belə bir ənənənin davam etdirilməsinin vacibliyini vurğulamaqla yanaşı,  təşkilatçılara minnətdarlıqlarını bildirib, I kurs tələbələrinə təhsil uğurları, məzunlara isə gələcək fəaliyyətlərində  nailiyyətlər arzuladılar.