MAGİSTRATURA ŞÖBƏSİ

Universitetin magistratura üzrə təhsilində əsas rol oynayan strukturdur. Şöbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 saylı qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cu il, 168 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı”-na, Azərbaycan Respublikasının Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli, 129 nömrəli qərarının icrasına müvafiq,  ali məktəbin Nizamnaməsinə uyğun olaraq formalaşdırılırmışdır. Universitetin magistratura səviyyəsində 24 proqram üzrə, 58 ixtisasda magistr hazırlığı aparılır. Tədris prosesinə universitetin 27 kafedrası cəlb olunmuşdur.

Ünvan: Bayraq meydanı, 225

Telefon: 257 14 87

E-mail: eminkerim@inbox.ru

 

Emin Kərim oğlu Yaqubov – şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent

1966-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1989-cu ildə Gürcüstan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildən Gəncə Dövlət Universitetində çalışır. 2000-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Hazırda Ümumi texniki fənlər və texnologiya kafedrasının dosenti və magistratura şöbəsinin müdiri vəzifəsində çalışır. 2017-ci ildə ARTN-nin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

 

 


 

Samirə Qaçay qızı Cəfərova – şöbə müdirinin müavini, baş müəllim

1980-ci ildə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuşdur. 2000-ci ildə GDU-nun Fizika ixtisası üzrə bakalavriat, 2002-ci ildə magistratura səviyyəsini bitirmişdir. 2002-ci ildən Fizika kafedrasında böyük laborant, 2004-cü ildən müəllim, 2012-ci ildən isə həmin kafedrada baş müəllim vəzifəsində çalışır.

 


 

Ofelya Səməd qızı Kazımova – operator

1949-cu ildə Gəncə şəhərində anadan olub. 1977-ci ildə Kirovabad Dövlət Pedaqoji İnistitutunun Biologiya-riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasını bitirmişdir.

 

 


Şöbəyə aid ixtisaslar

Riyaziyyat: Riyazi analiz; Differensial tənliklər; Cəbr və topologiya; Həndəsə; Hesablama riyaziyyatı.

Riyaziyyat müəllimliyi: Riyaziyyatın tədrisi və metodologiyası

Kompüter elmləri: İnformatika

Fizika müəllimliyi: Fizika fənninin tədrisi metodologiyası və metodikası

Fizika: Yarımkeçiricilər fizikası; Yarımkeçirici cihazlar və mikroelektronika; İstilik fizikası və molekulyar fizika

Kimya: Qeyri-üzvi kimya; Üzvi kimya; Analitik kimya; Yüksəkmolekullu birləşmələr kimyası

Kimya müəllimliyi: Kimya fənninin tədrisi metodikası və metodologiyası

Biologiya: Botanika; Mikologiya; Genetika; İnsan və heyvan fiziologiyası; Onurğalılar zoologiyası; Bitki fiziologiyası; Biokimya

Coğrafiya: Azərbaycanın fiziki coğrafiyası

Coğrafiya müəllimliyi: Coğrafiya fənninin tədrisi metodikası və  metodologiyası

Ekologiya: Ətraf mühitin mühafizə metodları və bərpası

Ekologiya mühəndisliyi: Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması

Filologiya: Dilşünaslıq (Müqayisəli dilçilik); Azərbaycan dili; Azərbaycan ədəbiyyatı; Dilşünaslıq (İngilis dili)

Xarici dil müəllimliyi: Xarici dilin tədrisi metodikası və metodologiyası (İngilis dili); Xarici dilin tədrisi metodikası və metodologiyası (Rus dili); Xarici dilin tədrisi metodikası və metodologiyası (Fransız dili); Xarici dilin tədrisi metodikası və metodologiyası Alman dili)

Tərcümə: Tərcümə (İngilis dili üzrə)

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi: Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

Pedoqogika: Pedoqogika nəzəriyyəsi və tarixi; Sosial pedaqogika

İbtidai sinif müəllimliyi: İbtidai sinifdə tədrisin metodika və metodologiyası

Psixologiya: Uşaq və yaş psixologiyası; Pedaqoji psixologiya

Tarix: Türk dünyası tarixi; Azərbaycanın yeni və ən yeni tarixi; Avropa və Amerikanın yeni və ən yeni tarixi; Azərbaycanın qədim və orta əsrlər tarixi

Sosial iş: Həyat fəaliyyətinin  müxtəlif sahələrində sosial iş; Gənclərlə iş

İqdisadiyyat: İqtisadiyyatın hüquqi tənzimlənməsi; Turizmin iqtisadiyyatı

Mühasibat uçotu və audit: İstehsal sferasında mühasibat uçotu və audit

Dövlət və bələdiyyə idarəetməsi: Dövlət qulluğunun təşkili və idarə edilməsi

Menecment: Menecment (sahələr üzrə)

Biznesin idarəedilməsi: Biznesin təşkili və idarə edilməsi

Turizm və otelçilik: Beynəlxalq turizm və ölkəşünaslıq; Otelçilik

Texnologiya müəllimliyi: Texnologiya fənninin tədrisi metodikası və metodologiyası

Bədən tərbiyəsi və idman: Fiziki tərbiyə nəzəriyyəsi və metodikası

Musiqişünaslıq: Musiqi fənninin tədrisi metodikası və metodologiyası