MAGİSTRLİK DİSSERTASİYASININ MÜDAFİƏSİ


Artıq gənclərimiz arasında magistr dərəcəsi almaq şərəfli bir məqsədə çevrilmişdir. Bunu əyani surətdə Gəncə Dövlət Universitetinin magistraturasının timsalında açıq-aşkar görmək olar.
2014-2015-ci tədris ilində 72 nəfər magistr dərəcəsi almaq üçün təhsillərini başa vurmuşdur. Onladan 65 nəfəri magistrlik dissertasiyasını İxtisaslaşdırılmış Elmi Şuraya təqdim etmişdir.
28 yanvar 2015-ci il tarixində Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, Azərbaycan ədəbiyyatı,İngilis dili ixtisasları üzrə İxtisaslaşdırılmış Elmi Şurada magistrlik dissertasiyasının müdafiəsi keçirilmişdir. Magistrantlardan Cəfərova Gülçin Qafar qızı (“Azərbaycan dilində söz yaradıcılığı” , elmi rəıhbər professor Mübariz Yusibov), Zeynalova Gəncalə Natiq qızı (“M.Ə. Sabir dilində sual cümləsinin üslubi imkanlarının öyrədilməsi”, elmi rəhbər dosent Ziyafət Cəfərova), Qurbanova Gülər      Səxavət qızı (“Mehmet Akif Ersoyun həyat və yaradıcılığı”, elmi rəhbər dosent Flora Kərimova), Məhərrəmova Leyla İlqar qızı (“Azərbaycan dilində məcazlar sistemi və leksik-üslubi kateqoriyalar”, elmi rəhbər dosent Gülçöhrə Mehrəliyeva), Quliyeva Məhsəti Nemət qızı (“Təsriflənməyən fellərin müasir ingilis dilində sintaksis və semantikası”, elmi rəhbər baş müəllim Gülnar Məmmədova) İxtisaslaşmış Elmi Şura qarşısında öz dissertasiyalarını uğurla müdafiə edib hər bir şura üzvünün müsbət rəyinə nail oldular.