Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

2014-cü ildə yaradılan Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti ali təhsil müəssisəsinin elmdə, təhsildə və tədris prosesindəki nailiyyətlərinin, sosial-mədəni tədbirlərinin media resurslarında yayılmasını, universitetin fəaliyyətində kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasını, həmçinin ictimaiyyətin operativ, düzgün və dəqiq məlumatlandırılması işinin təşkilini və tənzimlənməsini həyata keçirir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti rektorluğun və digər strukturların (prorektor, dekanlıq, kafedra, departament, şöbə, bölmə və klub) planlaşdırdığı iclas, konfrans, simpoziumların təşkili, medianın fəaliyyətinin monitorinqinin və təhlilinin aparılması, hesabatların tərtibi, eləcə də universitetin fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarının cavablandırılması ilə məşğul olur.

Universitetin tanıdılmasında istifadə edilən kataloq, broşura, buklet və s. kimi çap materialları, eləcə də audio, video reklamlar, universitetdə təşkil olunan tədbirlərlə bağlı əməkdaşları və ictimaiyyəti məlumatlandırmaq məqsədilə bülletenlər hazırlayır və yaxud bu cür vasitələrin hazırlanmasında bilavasitə iştirak edir.

Universitetin fəaliyyətinin nüfuzlu yazılı, internet və elektron mediada, reytinqli agentliklərdə, sosial şəbəkələrdə işıqlandırılmasını təmin edir, elm, təhsil, tədris və idarəetmə prosesində şəffaflığın qorunması məqsədilə tətbiq edilən yeniliklər barədə  ictimaiyyəti məlumatlandırır, fərdi jurnalist yazıları, press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlayır.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti qlobal miqyasda ali təhsilin tendensiyalarını və dəyişən paradiqmalarını, eləcə də beynəlxalq aləmdə təhsildə yaranan trendləri və innovativ meyilləri öyrənərək, həmin yanaşma və yeniliklərin ali təhsil müəssisəsinin fəaliyyətində tətbiqinə və uğurlar qazanmasına dair yazılı qaydada tövsiyyələrini verir.

İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir. Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı yazılı və şifahi qaydada açıqlama vermək, yayılmış informasiyanı təkzib etmək, zəruri hallarda isə cavab hazırlamaq və təhrif hallarının aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görmək də xidmətin fəaliyyətinə daxildir.

Eyni zamanda Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti universitet tədbirlərində KİV-in və ictimaiyyət nümayəndələrinin iştirakını təşkil edir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti jurnalların, reklamların, plakatların, informasiya vərəqələrinin, sorğu kitablarının nəşri və müxtəlif multimedia vasitələrinin hazırlanmasını, universitetin fəaliyyətinə dair çap, video və foto materialların arxivinin yığılmasını təşkil edir.

Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak edir.

 

Rauf Zakir oğlu Hacıyev – Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri

1983-cü ildə Gəncə şəhərində anadan olub. 2002-2006-cı illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin Tarix ixtisası üzrə bakalavriat, 2007-2009-cu illərdə Tarix-Coğrafiya fakültəsinin Türk dünyasının tarixi istiqaməti üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Regional Elmi Mərkəzdə (hazırda Gəncə bölməsi) elmi işçi, 2008-ci ildən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Gəncə Regional Mərkəzində baş məsləhətçi, 2011-2016-cı illərdə Azərbaycan Texnologiya Universitetinin Fəlsəfə və tarix kafedrasında baş müəllim, 2015-2016-cı ildə Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)-ın Gəncəbasar bölgəsi üzrə müxbiri və 2017-ci idən isə Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri vəzifəsində çalışır.

Səmərəli fəaliyyətinə görə dəfələrlə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də universitet rəhbərliyinin mükafatlarına layiq görülüb.

Gülnarə Tofiq qızı Ələkbərova – əməkdaş

1988-ci ildə Daşkəsən rayonunda anadan olub. 2005-2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin Xarici dili (İngilis dili) ixtisası üzrə təhsil alıb. 2014-cü ildən Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətində çalışır.

2017-ci ildə universitetin rektoru professor Yusif Yusibovun müvafiq əmrinə əsasən səmərəli fəaliyyətinə görə “Fəxri fərman”la təltif olunub.