“MEDİATS” LAYİHƏSİ TƏQDİM OLUNDU

07 noyabr 2019-cu il tarixdə Gəncə Dövlət Universitetinin rektoru, Yusif Yusibov ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan 1-ci kurs tələbələri ilə görüş zamanı
Avropa Komissiyasinin ERASMUS + Proqramının “MEDİATS” layihəsi təqdim olundu. Görüşdə tələbələrlə yanaşı fakültə dekanları, kafedra müdirləri də iştirak ediblər.

            Çıxışlarda Avropa Komissyasının “Erasmus+” proqramında Niderland Biznes Akademiyasının koordinatorluğunu etdiyi  “Təlimin və Cəmiyyətin transformasiyası” – MEDİATS layihəsinə tərəfdaş olaraq Universitetin üzərinə düşən öhdəliklər, mediasiya dəyərlərinin təbliği və faydalarından söhbət açılıb. MEDİATS layihəsinin universitet üzrə koordinatoru İnnovasiyalar Deportamentinin direktoru Vasif Həsənov və layihə komandasının üzvü İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev çıxışlarında layihə haqqında izahlı məlumat verdilər.        

Daha sonra Azərbaycan Respublikasında cəmiyyətdəki mediasiya dəyərlərini inkişaf etdirmək məqsədi ilə Gəncə Dövlət Universiteti “MEDİATS” layihəsinə tərəfdaş olduğu layihədə əsas məqsəd universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək və Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsinədən faydalanaraq münaqişələrin obyektiv həllini yaxşılaşdırmaqdan ibarət olduğu bildirilib.            

Sonda məruzəçilər tələbələrin təkliflərini dinləyib və onları maraqlandıran sualları cavablandırıb.