MEDİATS LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏR İLƏ ONLAYN GÖRÜŞ KEÇİRİLMİŞDİR

30 aprel 2020-ci il tarixində Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi Avropa Komissyasının Erasmus+ proqramının MEDIATS layihəsi çərçivəsində universitetin buraxılış kursunda təhsil alan tələbələri ilə ZOOM platforması vasitəsilə onlayn görüş keçirilmişdir. Görüşün moderatoru Beynəlxalq əlaqələr şöbəsinin müdiri və Mediats layihəsinin üzvü Ruslan Məmmədov idi. Qeyd edək ki, görüş Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin təşkilatçılığı ilə təşkil edilmişdir. Onlayn görüş zamanı Ruslan müəllim layihə üzrə təqdimatla çıxış edib. Təqdimatda layihə çərçivəsində mediasiya ilə bağlı görülən işlər, tələbələrin layihədə aparıcı rolu və gələcəkdə icrası vacib olan məsələlər iştirakçılara çatdırıldı. Daha sonra praktiki materialların hazırlanması, onların nəşri və magistr ixtisasının açılması ətrafında geniş müzakirələr aparılmışdır. Mövzunun yeni olması tələbələrin fəal iştirakına və marağına səbəb olmuşdur.