Layihə nömrəsi: 599010-EPP-1-2018-1-NL-EPPKA2-CBHE-JP

Layihə haqqında qısa məlumat:
Məlum olduğu kimi bir çox xarici ölkələrdə mübahisələrin daha səmərəli həlli məqsədilə mübahisələrin həllinin alternativ üsullarından istifadə olunur. Mübahisələrin bu cür məhkəmədənkənar alternativ həlli üsullarından biri də mediasiyadır. Mediasiya zamanı üçüncü tərəf vasitəçi rolunu oynayaraq iki və daha çox tərəfi müzakirə etməyə və münaqişənin həlli üçün razılığa gəlməsinə kömək edir. Mediasiya hüquqi, diplomatik, iş yerləri, icma və ailə məsələləri kimi müxtəlif sahələrdə mübahisələri həll etmək üçün istifadə olunur.
Azərbaycan Respublikasında cəmiyyətdəki mediasiya dəyərlərini inkişaf etdirmək məqsədi ilə Gəncə Dövlət Universiteti Avropa Komissyasının “Erasmus+” proqramının “Təlimin və Cəmiyyətin transformasiyası” – MEDİATS layihəsinə tərəfdaş olaraq qoşulmuşdur. Layihənin məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək və Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsinədən faydalanaraq münaqişələrin obyektiv həllini yaxşılaşdırmaqdır.
Layihənin aşağıdakı spesifik məqsədləri vardır:
1. Mediasiya üzrə magistr ixtisasını hazırlamaq və tətbiq etmək;
2. Mediasiya Federasiyasını yaratmaq;
3. Azərbaycan, Gürcüstan və Ukraynada cəmiyyətdəki mediasiya dəyərlərini inkişaf etdirmək.
Layihə, təcrübəli mediasiya mütəxəsisləri hazırlamağı nəzərdə tutur. Bu məqsədlə layihə iştirakçıları ən yaxşı Avropa təcrübələrini öyrənəcək, heyəti seçəcək və təlimləndirəcək, mediasiya ixtisası üzrə magistr proqramı hazırlayacaqdır. Mediasiya dəyərlərini yaymaq, qanunvericilikdə dəyişiklikləri təklif etmək, nazirliklər və məhkəmələr kimi maraqlı tərəflər arasında əlaqə yaratmaq məqsədi ilə Mediasiya Fedarasiyası yaradılacaq.
Layihə çərçivəsində hədəflər:
- Magistratura proqramını yaratmaq (Mediasiya ilə əlaqədar magistratura proqramını yaratmaq);
- İxtisaslaşmış kadrların hazırlanması (Mediasiya sahəsində təcrübə qazanan mütəxəssislər münaqişələri məhkəməyə qədər həllinə müvəffəq olmalarına nail olmaq);
- Mediasiya Federasiyası yaratmaq (Azərbaycan cəmiyyətində mediasiya siyasəti və dəyərlərini formalaşdırmaq).
Layihənin komandası:

Gəncə Dövlət Universitetinin iştirak etdiyi MEDIATS layihəsi çərçivəsində online seminar keçirilib
2 İyun 2020-ci il tarixində Gəncə Dövlət Universitetinin də iştirak etdiyi MEDIATS layihəsi çərçivəsində online seminar baş tutub. Seminar zamanı Niderland Biznes Akademiyasının kordinatoru olduğu Avropa Komissyasının Erasmus+ proqramının MEDİATS layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Ukrayna universitetlərində mediasiya üzrə yaradılan magistr proqramı müzakirə olunub. İştirakçılar magistr proqramının hazırlanması haqqında təqdimatlar edib. Niderland, İspaniya və Latviyadan […]

MEDİATS LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLƏBƏLƏR İLƏ ONLAYN GÖRÜŞ KEÇİRİLMİŞDİR
30 aprel 2020-ci il tarixində Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi Avropa Komissyasının Erasmus+ proqramının MEDIATS layihəsi çərçivəsində universitetin buraxılış kursunda təhsil alan tələbələri ilə ZOOM platforması vasitəsilə onlayn görüş keçirilmişdir. Görüşün moderatoru Beynəlxalq əlaqələr şöbəsinin müdiri və Mediats layihəsinin üzvü Ruslan Məmmədov idi. Qeyd edək ki, görüş Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin təşkilatçılığı […]

ONLINE MEETING WITH MEDIATS PROJECT COORDINATOR
On April 21, 2020, an online meeting was held with Galina Bogachenko and Andrey Lotaryev, representatives of KROK University, the Project Coordinator from Ukraine within the framework of the MEDIATS project. Project teams of Ganja State University and Khazar University participated in the meeting that was held via the ZOOM platform. During the meeting, Ganja […]

ONLINE MEETING HAS BEEN HELD BETWEEN THE MEDIATS PROJECT TEAMS OF KHAZAR UNIVERSITY AND GANJA STATE UNIVERSITY
Due to the Coronavirus outbreak, travels, face-to-face trainings, and overall planned activities within the project have been temporarily postponed. However, with the recommendation of the European Commission, online meetings are held in order to keep the project activities ongoing.Thus, within the framework of MEDIATS project, a group meeting was held between the project teams of […]

MEDIATS layihəsi çərçivəsində yerli tərəfdaşların iştirakı ilə online görüş təşkil edilmişdir
Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi və Niderland Biznes Akademiyasının kordinatoru olduğu Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsinin icrası davam etməkdədir. Belə ki, pandemiyadan dolayı layihə çərçivəsində xarici səfərlər, üzbəüz təlimlər, planlaşdırılan işlər və iclaslar müvəqqəti təxirə salınıb. Buna baxmayaraq, Avropa Komissiyasının tövsiyəsi ilə layihənin icra müddəti, qalan müddət üçün iş planının yenidən nəzərdən keçirilməsi və qarşıda duran […]

MEDIATS PROJECT HAS BEEN MONITORED AT OUR UNIVERSITY
A monitoring meeting of the MEDIATS project was held at Ganja State University. Parviz Baghirov, Head of the National Erasmus + Office in Azerbaijan, Zafar Hasanov, Monitoring and Information Officer, and Elmar Mustafayev, Head of the Department of Political Science and Philosophy, a representative of Khazar University, another local partner of the project, participated in […]

UNİVERSİTETİMİZDƏ MEDİATS LAYİHƏSİNİN MONİTORİNQİ KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetində MEDİATS layihəsinin monitorinq görüşü keçirilmişdir. Monitorinqdə Azərbaycanda fəaliyyət göstərən Milli Erasmus + Ofisinin rəhbəri Pərviz Bağırov, monitorinq və məlumatlandırma üzrə məsul şəxs Zəfər Həsənov, universitetimizlə yanaşı layihənin digər yerli tərəfdaşı Xəzər Universitetinin nümayəndəsi Siyasi elmlər və fəlsəfə departamentinin rəhbəri Elmar Mustafayev iştirak etmişdir. Monitorinqin əsas məqsədi “Erasmus+” proqramının MEDİATS-Təlimin və Cəmiyyətin transformasiyası […]

INTERNATIONAL CERTIFIED MEDIATORS OF UNIVERSITY
Intensive training was held at San Antonio Catholic University in Morsia, Spain within the framework of the MEDIATS project of the European Commission’s Erasmus + program, which Ganja State University is a partner of. After a week-long seminar on “Mediation: Training and Transformation of Society” (MEDIATS), our university employees have been awarded international diplomas as […]

UNİVERSİTETİN BEYNƏLXALQ SERTİFİKATLAŞDIRILMIŞ MEDİATORLARI
Gəncə Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya şəhərində yerləşən San Antonio adına Katolik Universitetində intensiv təlim təşkil edilmişdir. Bir həftə davam edən “Mediasiya: təlimin və cəmiyyətin transformasiyası” (MEDİATS) adlı layihəsinə əsasən seminar, məşğələdən sonra universitetimizin əməkdaşları üç ölkə (Niderland Krallığı, Latviya, İspaniya) təcrübəsinin yekunu olaraq […]

SUCCESSFUL RESULTS OF TRAINING IN MEDIATS PROJECT
As part of the MEDIATS project of the European Commission’s Erasmus + program, which Ganja State University participates in, meetings were held at the Catholic University of San Antonio in Murcia, Spain. İt should be noted that the main goal of the MEDIATS project is to transform universities into a leading force in the field […]

“MEDİATS” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMLƏRİN UĞURLU YEKUNU
Gəncə Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya şəhərində yerləşən San Antonio adına Katolik Universitetində intensiv təlim və tədris təcrübəsi formatında görüşlər təşkil edilmişdir. Qeyd edək ki, “MEDİATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsindən faydalanaraq münaqişələrin məhkəməyə […]
![IMG-20191213-WA0054[1]](http://gdu.edu.az/wp-content/uploads/2019/12/IMG-20191213-WA00541-500x300.jpg)
OUR PARTNERS IN THE INTERNATIONAL TRAINING WITHIN THE MEDIATS PROJECT
Training and seminars were held at the Turiba University in Riga, Latvia, within MEDIATS project of the European Commission’s Erasmus + program. The event was attended by Ganja State University employees: Director of Innovation Department Vasif Hasanov, Head of International Relations Department Ruslan Mammadov and Head of Innovation Technologies Transfer and Marketing Department Razim Aliyev. […]
![IMG-20191213-WA0054[1]](http://gdu.edu.az/wp-content/uploads/2019/12/IMG-20191213-WA00541-500x300.jpg)
“MEDİATS” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLARIMIZ BEYNƏLXALQ TƏLİMDƏ
Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində Latviya Respublikasının Riqa şəhərində yerləşən Turiba Universitetində təlim və seminarlar təşkil edilib. Tədbirdə Gəncə Dövlət Universitetinin əməkdaşları: İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak ediblər. 6 ölkədən olan 10 universitetin təmsilçiləri bir araya […]

MEDIATS PROJECT HAS BEEN PRESENTED
On November 07, 2019, at a meeting with first-year students studying in the relevant specialties of the university and the rector of Ganja State University, Yusif Yusibov, the MEDIATS project of the European Commission’s ERASMUS program has been presented. Dean of the faculty and heads of departments also attended the meeting. The speeches focused on […]

“MEDİATS” LAYİHƏSİ TƏQDİM OLUNDU
07 noyabr 2019-cu il tarixdə Gəncə Dövlət Universitetinin rektoru, Yusif Yusibov ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan 1-ci kurs tələbələri ilə görüş zamanı Avropa Komissiyasinin ERASMUS + Proqramının “MEDİATS” layihəsi təqdim olundu. Görüşdə tələbələrlə yanaşı fakültə dekanları, kafedra müdirləri də iştirak ediblər. Çıxışlarda Avropa Komissyasının “Erasmus+” proqramında Niderland Biznes Akademiyasının koordinatorluğunu etdiyi “Təlimin […]