Molla Pənah Vaqifin 300 illik yubileyi keçirildi

24 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında  Molla Pənah Vaqifin anadan olmasının 300 illik  yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq keçirilən yığıncaqda Humanitar məsələlər üzrə prorektor   dosent Gülsüm Fətəliyeva, filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Xəlil Yusifli, dosent Afaq Yusifli çıxış edərək Vaqif yaradıcılığının əsas istiqamətləri, onun irsinin nəşr və tədqiq taixindən danışmışlar. Ümummilli Lider Heydər Əliyevin  təşəbbüsü ilə Vaqifin Şuşada ucaldılmış məqbərəsi haqqında slaydlar nümayiş etdirilmiş, görkəmli şəxsiyyətlərin Vaqif yaradıcılığı haqqında fikirləri səsləndirilmişdir. Tədbirin bədii hissəsində filologiya fakültəsinin tələbələri Vaqif poeziyasından seçmələri səhnələşdirilmiş şəkildə yığıncaq iştirakçılarına təqdim etmişlər.