Mövlana mübadilə proqramına sənəd qəbulu başladı

Türkiyə Respublikasının Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu–YÖK) tərəfindən həyata keçirilən “Mövlana Mübadilə Proqramı”na sənəd qəbulu elan edilir.

            Proqram çərçivəsində 2020/2021-ci tədris ili üçün bütün təhsil pillələri üzrə (bakalavr, magistratura və doktorantura) mübadiləsi həyata keçiriləcək. GDU-nun tələbələri proqram çərçivəsində bir və ya iki semestr ərzində Türkiyənin müvafiq universitetlərində təhsil ala bilərlər. Akademik heyət isə 6 gün- 3 ay müddətində təlimlərdə və pedoqoji məşğuliyyətlərdə iştirak edə bilərlər. Universitetlərdə tədris türk və ingilis dilində aparılır. Mübadilə ilə bağlı bütün xərclər YÖK təqaüdü hesabına ödəniləcək. Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:

            I, II, III kurs tələbəsi olmaqla– minimum orta qiymət 75olmalı, (magistrlər üçün 80); İngilis və ya türk dillərinin B2 səviyyəsində biliyi tələb olunur.

Tələb olunan sənədlər (tələbələr üçün: https://mevlana.yok.gov.tr/belgeler):

  1. Təhsil pilləsi üzrə transkript (ÜOMG göstərilməklə)
  2. Namizəd üçün müraciət forması (Aday öğrenci başvuru formu)
  3. Təhsil almaq istədiyi dil haqqında müvafiq sənəd: Tələbənin Universitetdəki ingilis və ya türk dilində təhsilini təsdiqləyən arayış, türk dilindən hər hansı bir sertifikat, IELTS və ya TOEFL sertifikatı (dil haqqında sənəd mütləqdir).
  4. CV (ingilis və ya türk dilində) https://europass.cedefop.europa.eu/editors/en/cv/compose
  5. Xarici pasportun surəti
  6. Tələbə bileti (əsli)
  7. 3×4 şəkil – 2 ədəd

Tələb olunan sənədlər (Akademik heyət üçün: https://mevlana.yok.gov.tr/belgeler):

  1. Namizəd üçün müraciət forması
  2. CV (Tərcümeyi hal) https://europass.cedefop.europa.eu/editors/en/cv/compose
    Qeyd edək ki, namizədlər müvafiq müraciət formasında yalnız 3 universiteti qeyd etməlidirlər.
    Gəncə Dövlət Universitetinin Mövlana Mübadilə Proqramı çərçivəsində tərəfdaşlıq etdiyi universitetlərin siyahısı:
    • Abant İzzet Baysal Üniversitesi
    • Aksaray Üniversitesi
    • Ardahan Üniversitesi
    • Bartın Üniversitesi
    • Bitlis Eren Üniversitesi
    • Bingöl Üniversitesi
    • Çankaya Üniversitesi
    • Çankırı Karatekin Üniversitesi
    • Dicle Üniversitesi
    • Erzincan Binali Yıldırım Üniversitesi
    • Hacettepe Üniversitesi
    • Kars Kafkas Universitesi
    • Kilis 7 Aralık Üniversitesi
    • Muş Alparslan Üniversitesi
    • Mustafa Kemal Üniversitesi
    • Nevşehir Hacı Bektaş Veli Üniversitesi
    • Uşak Üniversitesi
    • Giresun Üniversitesi
    Proqramla bağlı daha ətraflı məlumatı https://mevlana.yok.gov.tr/ana-sayfa ünvanından əldə edə bilərlər.
    Proqrama müraciət üzrə son tarix 20 mart 2020-ci ildir.