Nəşriyyat şöbəsi 1995-ci ildə Elmi hissənin nəzdində yaradılmışdır. Elmi-tədqiqat işlərinin informasiya təminatının təşkilində nəşriyyat şöbəsinin böyük rolu vardır. Hər il Universitetin “Elmi əsərlər” məcmuəsi, “Elmi xəbərlər”, professor – müəllimlərin, doktorant və gənc tədqiqatçıların elmi-tədqiqat və yaradıcılıq işlərinin toplusu kimi jurnallar nəşriyyat şöbəsinin xətti ilə çap olunur.

Universitetin 25.09.2009-cu il tarixli 5/174 saylı əmrinə əsasən Nəşriyyat və tipoqrafiya şöbəsi yaradılmışdır. Şöbə lazımi avadanlıqlarla təchiz olunaraq işçi vəziyyətinə gətirilmişdir. Universitetin müvafiq struktur bölmələrinə sənədləşmə üçün blankların çapı və çoxaldılması işi, həmçinin, müəllim heyətinin kitablarının, dərs vəsaitlərinin, proqramlarının, mono­qraf­i­ya­la­rı­nın nəşr olunması da bu şöbədə  layiqincə yerinə yetirir.

Şöbə dissertant və gənc tədqiqatçıların elmi-tədqiqatlarının nəticələrinin xarici ölkələrdə nəşri işinə də köməklik göstərir. Eləcə də Respublikamızın digər elm ocaqlarından və xarici ölkələrdən gələn elmi-tədqiqat işlərinin yekunu olan elmi məqalələr Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş “Elmi Xəbərlər” jurnalında dərc olunur.

Gülnara Tohid qızı Cəfərova – şöbə müdiri

1962-ci ildə Gəncə şəhərində anadan olub. 1985-ci ildə Politexnik İnstitutunu bitirib, 1999-cu ildən Gəncə Dövlət Universitetinin Nəşriyyat şöbəsində müdir vəzifəsində çalışır.

Şəlalə Mahir qızı Hüseynova – operator

1979-cu ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Gəncə Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirib. 1997-ci ildən Gəncə Dövlət Universitetinin nəşriyyat şöbəsində operator vəzifəsində işləyir.

Nizami Həsən oğlu Nəbiyev – operator

1951-ci ildə Goranboy rayonunun Qaramusalı kəndində anadan olub. 1976-cı ildə Gəncə Politexnik Texnikumunun “Elektron hesablama maşınları və cihazları” ixtisasını bitirmişdir. 1992-ci ildən Gəncə Dövlət Universitetində operator vəzifəsində çalışır.

Sevinc Rafiq qızı Hüseynova -inspektor

1976-cı ildə Gəncə şəhərində anadan olub.  1997-ci ildə Bakı Dövlət Universitetinin  Beynəlxalq  jurnalistika  ixtisasını bitirib. 2001-ci ildə Gəncə Dövlət Universitetinin Beynəlxalq Əlaqələr şöbəsində Baş metodist vəzifəsində işə başlayıb. 2015-ci ildən isə həmin universitetin Nəşriyyat şöbəsində İnspektor vəzifəsində işləyir.

Hümbət Fərhad oğlu Namazov – mühəndis

1982-ci ildə Qərbi Azərbaycanın Kalinin rayonunun Mixaylovka kəndində anadan olub. 2003-cü ildə GDU-nu bitirib.  2007-ci ildə magistratura səviyyəsini bitirib. 2004-cü ildən universitetdə çalışır.