NƏTİCƏ MÜSBƏT QİYMƏTLƏNDİRİLDİ

Gəncə Dövlət Universitetinin müxtəlif ixtisaslar üzrə pedaqoji təcrübədə olan tələbələri son sınaq dərslərini verməkdə davam edirlər. Onların hər bir dərsi sevindirici nəticələrlə yekunlaşır. Pedaqoji fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Aysel Allahverdiyevanın  Gəncə Dövlət Regional Kollecin “Ailə mühiti və ev tərbiyəsi” ixtisasının III kurs tələbələrinə psixologiya fənnindən “Duyğu, qavrayış və diqqətin psixologiyası”, Tarix –coğrafiya müəllimliyi ixtisasının IY kurs tələbəsi Zübarə Məmmədzadənin  31 saylı tam orta məktəbin YIII sinifində Azərbaycan tarixi fənnindən “Azərbaycanın yadellilərin işğalından azad olması”, Əfsanə Mehdiyevanın XI sinifdə Yeni tarix fənnindən “Dünya iqtisadi böhranı və ondan çıxış yolları”  mövzusunda sınaq dərsləri uğurla yekunlaşmışdır.

Sınaq dərslərində iştirak edən Universitetin  Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, Pedaqoji fakültənin dekan müavini İlqar Haqverdiyev, Psixologiya  kafedrasının müdiri dosent  Zümrüd Cavadova,  baş müəllim Pərvanə  Məmmədova, ,  baş müəllim  Leyla  Həsənova, müəllimlərdən  Gültəkin  Həmidova, eyni zamanda təcrübə rəhbərləri, fənn müəllimləri, təcrübəçi tələbələr iştirak etmişlər. Müzakirə zamanı sınaq dərslərin müasir tələblər səviyyəsində keçdiyi bildirildi və müsbət qiymətləndirildiu.