Nizami Gəncəvi Muzeyinə və məqbərəsinə ekskursiya təşkil olundu.


Dekabrın 3-də Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı və İqtisadiyyat və İdarəetmə fakültəsinin gənclərinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi Muzeyinə və məqbərəsinə ekskursiya təşkil olundu. Gənclər məqbərəyə qədər və məqbərə ətrafında  böyük zövqlə aparılmış abadlıq işlərindən olduqca məmnun qaldılar. Onlar həm də sevindilər ki, buradakı işlərdə Universitetin də əməyi var.

Muzeyin yaratdığı təəəəssürat qeyri-adi oldu. Burada Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı nə varsa, hər biri ilə yaxından tanış oldular və dahi şair haqqında xeyli məlumat əldə etdilər. Təşkilatçılar bu tip ekskutsiyaların tez-tez təşkil olunacağını bildirdilər.