NÖVBƏTİ ADDIM DAHA UĞURLU

Ekologiya və təbiəti mühafizə kafedrasının dosent əvəzi İskəndərova Tünzalə Həsən qızının 14 noyabr 2016-ci il tarixdə Ekologiya ixtisası tələbələrinə “Bitki aləminin ekoloji problemləri, səmərəli istifadəsi və mühafizəsi” mövzusunda şəhər ictimaiyyəti üçün açıq dərsi keçirildi.

Açıq dərsdə rektorun baş müşaviri, dosent  Asif Cavadov, Botanika kafedrasının müdiri, əməkdar elm xadimi, professor Vaqif Novruzov, YAP-ın GDU ərazi ilk partiya təşkilatının sədri, dosent Cavid Bağırzadə, Biologiya-kimya fakültəsinin  dekanı dosent İsfəndiyar Alverdiyev, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor əvəzi Sevda Əhmədova, kafedranın əməkdaşlarından dosent Tərlan Əslibəyova, baş müəllim Gültəkin Qasımova, müəllim Sevda Əhmədova, Kimya kafedrasının  əməkdaşlarından dosent Zilxumar İsmayılova, dosent Aynur Bayramova, dəvət edilmiş qonaqlardan  Goranboy rayonunun “Ekoloji Tərbiyə və Təcrübəçilik Məktəbi”nin direktoru Aytən Əliyeva və müavini Vəfa Muradova, ADAU-nun Ekalogiya kafedrasının müdiri, dosent Musa Bayramov və başqaları iştirak etmişlər.

Açıq dərs müasir tələblər səviyyəsində, texniki vasitələrdən istifadə etməklə keçirilmiş və yadda qalan olmuşdur. İştirakçılar təhlil zamanı öz müsbət rəylərini bildirmiş, tədbirin gedişatından razı qaldıqlarını təşkilatçılara çatdırmışlar.