NÖVBƏTİ YARIŞ: “İNTELLEKTUAL”

Gəncə Dövlət Universitetinin YAP Gənclər birliyinin “Tələbə həftəsi”  layihəsinə əsasən “İntellektual” adlanan  yarış keçirilmişdir. 04 noyabr 2016-cı il tarixdə Riyaziyyat-informatika fakültəsində, 05 noyabr 2016-cı il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsində, 07 noyabr 2016-cı il tarixdə Filologiya  fakültəsində keçirilən bu yarışlarda 70-dən yuxarı tələbə iştirak etmişdir.

Gəncə Dövlət Universitetinin YAP Gənclər birliyinin sədri Elmir Bağırovun və dekanlıqların rəhbərliyi ilə yarışların obyektiv təşkili, tələbələrin öz biliklərini nümayiş etdirmələri üçün bütün lazımi şərait yaradılmışdir.

Asudə vaxtlarını səmərəli keçirən tələbələr böyük həvəslə yarışlarda iştirak edir və birincilik uğrunda mübarizə aparırlar.