NOVRUZLA BAĞLI GENİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

18 mart 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında Novruz bayramı qeyd edilmişdir. Rektor professor Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq Universitetin professor-müəllim heyətini, texniki işçilərini, tələbələri təmizlik, səmimiyyət, barışıq simvolu olan bu əziz gün münasibəti ilə təbrik edib onlara can sağlığı, işdə, təhsildə, elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.

Rektor təbrik sözündən sonra prorektorlarla bir yerdə əməkdə və pedaqoji sahədə fərqlənən əməkdaşları fəxri fərmanlarla təltif etmişdir. Tədbirin ikinci hissəsində universitetin müxtəlif ixtisaslarında təhsil alan istedadlı tələbələrin geniş repertuarda bayram konserti nümayiş etdirilmişdir.