OĞUZUN UĞURU

20150407_125246
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin filologiya ixtisası üzrə II kurs tələbəsi Oğuz Hacıyevin  (Oğuz Aydın) “Ədəbiyyat qəzeti”nin sonuncu sayında  “Kainat…”, “Çərpələng…”, “Dilsiz ümidlər…”, “Aldığım nəfəsin cəzası…”,”İntihar” adlı şeirləri çap olunmuşdur. Bu şeirlərdə 18 yaşı tamam olmamış bir gəncin poetik dünyası, lirik məninin narahat düşüncələri öz əksini tapmışdır. Respublikamızın  ən nüfuzlu qəzetində şeirləri çap olunmuş Oğuz belə bir poetik uğuru ilə müəllim və tələbələrin sevincinə səbəb olmuşdur.