ORDU GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR

26 iyun 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin baş binasının iclas zalında “26 iyun-Silahlı Qüvvələr günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, rektorun baş müşaviri dosent Asif Cavadov, müəllim və tələbə heyəti iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Dosent Asif Cavadov giriş sözü söyləyərək “26 iyun-Silahlı Qüvvələr günü” haqqında tarixi faktlardan bəhs etmişdir.

Humanitar məsələlər üzrə prorektor doset Gülsüm Fətəliyeva “Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə tam hazırdır.” və Ümumi tarix kafedrasının baş müəllimi Nərgiz Rəsulova “Ordum varsa, yurdum var.” mövzusunda məruzə etmiş, Riyaziyyat və informatika fakültəsinin tələbəsi Səadət Məmmədova “Azərbaycan”, Filologiya fakültəsinin tələbəsi Çinarə Ələkbərova “Azərbaycan qəhrəmanı” adlı şeirlər söyləmişlər.