ORTA MƏKTƏBLƏRİN QALİB  ŞAGİRDLƏRİ

Gəncə Dövlət Universiteti Gəncə şəhərərindəki  orta məktəblərlə əlaqələrin genişləndirilməsinə, ali məktəbə şagirdlərin maraqlarının artmasına ciddi diqqət yetirir. Təcrübəçi tələbələr məktəb kollektivləri ilə birgə tədbirlər keçirir, məktəbin ictimai həhəyatında yaxından iştirak edir, professorlar açıq dərslər təşkil edirlər.

Universitetin Tələbə Gənclər Təşkilatının layihəsi əsasında Təcrübə və karyera şöbəsinin  dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə şəhərin 4, 27,23,22,9,11,43 və 39 saylı  tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri üçün  Azərbaycan tarixi fənnindən olimpiada keçirilmişdir.

Olimpiadanın nəticələrinə görə 27 saylı tam orta məktəbin XI sinif şagirdi Ələkbərova Aysel Ceyhun qızı birinci yerə, 27 saylı və 2 saylı orta məktəbin şagirdi İbrahimli Ramazan Rahib oğlu, Hüseynli Esmira ikinci yerə, 43,4 və 6 saylı məktəbin şagirdlərindən Bədəlova Məleykə Yadigar qızı, İsmayılova Leyla Seymur qızı, Abbasov Yunis Samir oğlu  və Fərhadova Müjgan Fərhad qızı üçüncü yerə sahib olmuşlar.

5 may 2017-cı il tarixdə universitetin elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin xanım Kərimzadə qalibləri və valideynləri qəbul etmişdir. Savadlı, tərbiyəli övladlar böyütmüş valideynlərə təşəkkürünü bildirməklə bərabər, qaliblərə yeni-yeni uğurlar diləyib, onları diplom və hədiyyələrlə mükafatlandırmışdır.