OXUCULARININ QƏRİB MEHDİ İLƏ NÖVBƏTİ GÖRÜŞÜ

Gəncə Dövlət Universitetinin yeni istifadəyə verilmiş“Nuru Paşa”adına kitabxanasında görkəml iyazıçı, “Yüksəliş” qəzetinin baş redaktoru, əməkdar journalist Qərib Mehdi ilə oxucularının görüşü keçirilib.

Tədbirdə iştirak edə nyazıçı və şairlər nəsr, poeziya, dramaturgiya, bədii publisistika, tərcümə və ədəbiyyatşünaslıq sahəsində toplanan 45 kitabın müəllifi, əsərləri dünyanın 18 dilində oxunan, qəzet redaktoru, “İlham” ədəbi birliyinin rəhbəri kimit anınan əməkdar jurnalist, Prezident mükafatçısı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının fəxridoktoru, BMT-nin “Şərəf və vicdan” ordeninin sahibi Qərib Mehdi şəxsiyyəti və yaradıçılığı haqqında məruzələrlə çıxış ediblər.

Bildirilib ki, əsərləri aktual mövzu və ideyaya, obrazlı dilə, orijinal üsluba malik olan Qərib Mehdi haqqında Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri fikir söyləyib, məqalələr və şeirlər yazıblar.

Sonda Qərib Mehdi oxucularının suallarını cavablandıraraq, universitet kitabxanasında başqa sənət adamları ilə də belə görüşlərin keçirilməsinin ənənəyə çevrilməsini arzulayıb.