PAİNTBALL ƏYLƏNCƏSİ

Gəncə Dövlət Universitetində tələbələrin dərsdən sonra asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə Tələbə Gənclər Təşkilatının qəbul etdiyi layihəyə uyğun olaraq  02 noyabr 2016-cı il tarixdə paintball yarışı keçirilmişdir. Yarışda  İqtisadiyyat və idarəetmə fakültəsinin komandası Tarix-coğrafiya fakültəsinin komandası ilə qarşılaşmışdır.

Tələbələr böyük həvəslə qələbə uğrunda mübarizə aparmış, nəticədə Tarix-coğrafiya fakültəsinin komandası rəqib komandadan güclü olduğunu nümayiş etdirmişdir.