“QƏRİBİ OXUYUN, QƏRİBİ QORUYUN” ADLI TƏDBİR KEÇİRİLMİŞDİR

03 iyun 2016-cı il tarixdə Gəncə Şəhər Mərkəzi Kitabxasınada yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist, Məmməd Araz və Həsən bəy Zərdabi mükafatçısı, BMT-nin “Şərəf və vicdan” ordeninə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ellərinə ədəbi-mədəni xidmətinə görə “Fəxri doktor” elmi tituluna, həmçinin “Altun medal””a layiq görülmüş, 42 kitabın müəllifİ, Gəncə Dövlət Universitetinin “Yüksəliş” qəzetinin redaktoru Qərib Mehdinin 80 illiyi qeyd olunmuşdur.

Azərbaycan xalq yazıçısı, ədəbiyyatşünas, Əməkdar Elm xadimi Mir Cəlal Paşayevin “Qəribi oxuyun. Qəribi qoruyun” ifadəsi ilə adlanan tədbiri Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova
giriş sözü ilə açaraq     ədəbi aləmə keçən əsrin əllinci illərində gələn, sonralar “altmışıncılar” adı ilə məşhurlaşan, formaca rəngarəng, mövzu və ideyaca aktual, dil-üslub baxımından orijinal əsərləri oxucular tərərfindən sevilə-sevilə oxunan, ədəbi mühitimizdə geniş rezonans doğuran, onlarla xarici dilə tərcümə olunan Qərib Mehdinin bədii yaradıcılıq dünyasından bəhs etdi.

Tədbirdə Gəncə Dövlət Universitetinin humanitar məsələr üzrə prorektoru  dosent Gülsüm Fətəliyeva, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Mərkəzi Kitabxananın direktor müavini Fəridə Qədimova, şair və yazıçılardan Məzahir Hüseynzadə, Aləmzər Əlizadə, Ramiz Təmkin, Zaur Hacıyev, İnqilab İshaq, Sahib İbrahimli, Saleh Qurbanov, Nüşabə Məmmədli, Ümbülbanu Hacıyeva, Ceyhunə Mehmanqızı, Etibar Allahverdiyev, Bayram Göyçəli, İradə Aytən, Firəngiz İdrisqızı, İmamverdi Məmmədov, Vüsal Hicran, Oqtay Abdulla, Fazil Sənan, İmam Cəmilli Qərib Mehdi yaradıcılığının məziyyətlərindən bəhs etmiş, Bahadur Fərman “Sevindi”,  Aydın Murovdağlı “Söz”, ”Qərib Mehdi” və Rəhim Qurbani “Dədə Qərib” adlı yubilyara həsr olunmuş şeirini oxumuşdur.

Tədbirin sonunda Qərib Mehdi  çıxış edərək tədbiri təşkil edənlərə, iştirakçılara, onun yaradıcılığı haqqında fikir söyləyənlərə dərin  minnətdalığını bildirmişdir.