QADINLAR ŞURASININ NÖVBƏTİ SEMİNARI KEÇİRİLMİŞDİR

07 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının akt zalında Qadınlar Şurasının “Şəhidlər xiyabanı xalqımızın and yeridir” mövzusunda seminar keçirilmişdi.

Seminarda Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Qadınlar Şurasının sədri Nərgiz Tağıyeva, şəhid anaları, müəllim və tələbələr iştirak etmişlər.

Nərgiz Tağıyeva şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləndən sonra qeyd etdi ki, şəhidlər canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Biz belə övladlarla fəxr edirik!

Afaq Qasımova bildirdi ki, bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz. Vətən və xalq yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvə şəhidlik.Övladlarımız sübut etdilər ki, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda şəhid olmaq əsl vətəndaşlıqdır. Biz qadınlar da kişilərlə çiyin-çiyinə Vətənin hər qarış torpağını qoryumağa, azad etməyə hazırıq.

Seminarda Riyaziyyat-informatika fakültəsinin II kurs tələbəsi Hekayət Əhmədzadə “Şəhidlər” şeri, həmin fakültənin IV kurs tələbəsi Vüsalə Əmirzadənin “Bütövlük istəyir Qarabağımız” adlı çıxışı iştiurakçıları riqqətə gətirdi.

Sonda video çarx izlənildi.