QİYABİ ŞÖBƏ

Qurban Binyam oğlu Bəylərov – şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

1968-ci ildə Kəlbəcər rayon Geştək sovetliyinin Yellicə kəndində anadan olub. 1992-ci ildə Gəncə Dövlət Universitetinin Fizika-Riyaziyyat ixtisasını fərqlənmə diplomu ilə bitirib. Təhsil Nazirliyinin təyinatı üzrə universitetin fizikanın tədrisi metodikası kafedrasında saxlanılıb. 2005-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda Fizika kafedrasının dosenti, eyni zamanda Qiyabi şöbənin müdiridir.

 


Zaur Rafael oğlu Hüseynzadə – tədris işləri üzrə metodist, dosent

1978-ci ildə Gəncə şəhərində anadan olub. 1999-cu ildə Gəncə Dövlət Universitetinin İbtidai hərbi hazırlıq və fiziki tərbiyə ixtisasını fərqlənəmə diplomu ilə bitirib. 2000-ci ildən Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasında işə başlamış, dosent elmi adı almışdır. Hazırda həmin kafedrada əvəzçi müəllim işləyir.

 


Niyazi Hüseynalı oğlu Nəbiyev – tyütor, dosent

1977-ci ildə Qərbi Azərbaycanda anadan olmuşdur. Gəncə Dövlət Universitetinin Peşə təlimi ixtisasını bitirmişdir. 2002-ci ildən Gəncə Dövlət Universitetinin İdman klubunda məşqçi vəzifəsində işləyir.

 

 


Pərvin Mayıl qızı Mustafayeva tyütor, müəllim

1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2002-ci ildə Gəncə Dövlət Universitetinin İnformatika ixtisasını bitirib. 2003-cü ildən Ümumi riyaziyyat kafedrasında müəllim vəzifəsində çalışır.

 

 


Xavər Ələmxan qızı Xavəri tyütor, müəllim

1986-cı ildə Goranboy rayonunda anadan olub. 2008-ci ildə Gəncə Dövlət Universitetinin Fizika ixtisasını bitirib. 2008-ci ildən Fizika kafedrasında laborant, 2017-ci ildən müəllim vəzifəsində işləyir.

 

 


Ünvan: Əhməd Cəmil küçəsi, 71

Telefon: (+99422) 267-11-68

E-mail: zaur-rr@mail.ru

Şöbəyə aid ixtisaslar

  1. Mühasibat uçotu və audit;
  2. Tarix;
  3. Sosial iş;
  4. Bədən tərbiyəsi və idman;
  5. İqtisadiyyat;
  6. Filologiya;
  7. Turizm və otelçilik;
  8. Maliyyə;