“QIZIL QƏLƏM” MÜKAFATI TƏQDİM EDİLDİ

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist Ünbülbanu Hacıyeva dövrü mətbuatda çap olunan publisist yazılarına görə, Azərbaycan kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” mükafatına layiq görülmüşdür.

Bu  münasibətlə Gəncə Dövlət Universitetində keçirilən tədbirdə elm və texnika üzrə prorektor Pərvin Kərimzadə  Ünbülbanu Hacıyevanı yüksək media mükafatı alması münasibətilə rektor Yusif Yusibovun adından təbrik etmiş və yaradıcılığında yeni-yeni uğurlar arzulamışdır.

Qələm yoldaşları da səmimi sözləri ilə bu təbrikə qatılmışlar.