REKTOR MÜSABİQƏ QALİBLƏRİNİ QƏBUL ETDİ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün maraqlı layihələr həyata keçirir.  Bilik yarışmaları, inşa yazıları artıq ənənə şəklini almışdır. Xocalı faciəsinə, 31 Mart Azərbaycanlıların Soyqrım Gününə həsr edilmiş inşa müsabiqəsi daha maraqlı olmuşdur. Bu müsabiqədə çoxlu sayda tələbələr öz fikirlərini bildirmək istəyiblər.

Xocalı faciəsinə həsr edilmiş müsabiqədə Azərbaycan dili və ədəbiyyat ixtisasının I kurs tələbəsi Xanım Əmiraslanova I yerə, musiqi müəllimliyi ixtisasının I kurs tələbəsi Münəvvər Əliyeva II yerə, Tarix-coğrafiya fakültəsinin I kurs tələbəsi Muxtar Muxtarov III yerə, 31 mart Azərbaycanlıların Soyqrım Gününə həsr edilmiş inşa müsabiqəsində İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi Lalə Xəlilova I yerə, İngilis dili müəllimliyi ixtisasının I kurs tələbəsi Aytən Tağıyeva II yerə, Təsviri incəsənət ixtisasının  I kurs tələbəsi Nigar Arıxova III yerə sahib olmuşdur.

27 may 2016-cı il tarixdə rektor professor Yusif Yusibov müsabiqə qaliblərini qəbul edib, təhsildə, sonrakı müsabiqələrdə uğurlar diləmiş, onları diplom və hədiyyələrlə mükafatlandırmışdır.

Tələbələr də Yusif müəllimə gənclər üçün yaratdığı şəraitə, qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirdilər.