REKTOR QALİBLƏRİ MÜKAFATLANDIRDI

17 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin akt zalında fakültə dekanlarının iştirakı ilə iclas keçirildi. Rektor professor Yusif Yusibov iclasa başlamazdan əvvəl  universitetin Tələbə Gənclər Təşkilatının “Mən bacarıram” və “Bədii yaradıcılıq və bədii qiraət” layihəsi əsasında  qalib tələbələrin sevindirici fəaliyyətlərindən bəhs etdi, həm tələbələrə, həm də Tələbə Gənclər Təşkilatına yeni-yeni uğurlar arzuladı.
Humanitar işlər üzrə dosent Asif Cavadov təbrik üçün qalibləri sıra ilə öz mükafatlarını almağa dəvət etdi. “Mən bacariram”  müsabiqəsində parodya  üzrə İqtisadiyyat və idarəetmə fakültəsinin “Biznes Brothers” komandası (Ilkin Memmedov, Nicat Poladov, Ural Səmədli, Elcin Mustafayev, Cavid Cavadov), xarici dillər fakültəsinin “GDU comedy” komandası (Bəhmənli Ramin, Orucov Anar, Orucov Tural, Əlizadə Togrul) I yerə, Coğrafiya müəllimliyi ixtisasının tələbəsi Tərgül Abbasova II yerə, kimya-biologiya müəllimliyi ixtisasının tələbəsi Nurlan Cabbarov və Riyaziyyat-Informatika fakültəsinin tələbəsi Vüsalə Əmirzadə III yerə, mahnı ifa etmə üzrə Pedaqoji fakültənin tələbələri Yusif Məmmədov I yerə, Sərxan Qasımov II yerə, Filologiya fakültəsinin tələbəsi Aygün Hüseynova və Coğrafiya müəllimliyi ixtisasının tələbəsi Danulduz Həsənova III yerə, musiqi alətində ifa etmə üzrə Pedaqoji fakültənin tələbələri Ruslan Xudaverdiyev, Vüsal Ramazanov (nağara və saz) I yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Qurban Seyidli ( gitara) II yerə, Orxan Nəsibov (saz) III yerə, rəqs üzrə Xarici dillər fakültəsinin tələbələri Şövkət Orucova I yerə, Əminə Bayramova II yerə, Tarix-coğrafiya müəllimliyi ixtisasının tələbələri Ramin İsazadə və  Bəyiş Bəyişov III yerə sahib olmuşlar.
“Bədii yaradıcılıq” müsabiqəsi üzrə İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi Şahin İslam I yerə, Pedaqoji fakültənin III kurs tələbəsi Əfsanə Mövlayeva  II yerə, Riyaziyyat –informatika fakültəsinin I kurs tələbəsi Hekayət Əhmədzadə III yerə, “Bədii qiraət” müsabiqəsi üzrə Filologiya fakültəsinin II kurs tələbəsi Şahzadə Qəhrəmanlı I yerə, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi Ələkbərova Cinarə  II yerə, həmin fakultənin III kurs tələbəsi Rufanə İbadlı  III yerə layiq görülmüşlər.
Bütün qaliblərə diplomlar təqdim edilməklə, I yerə 50 manat, II yerə 30 manat, III yerə 20 manat pul mükafatı verildi.
Hər iki müsabiqənin keçirilməsində fəalliq göstərmiş tələbələr rektorluq tərəfindən fəxri fərmanla təltif olundular.