Rektor Yusif Yusibov təltif olunub

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov dövlətçiliyin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Bu münasibətlə universitetin kollektivi adından rektor, Yusif Yusibovu təbrik edir. Ona Azərbaycan təhsilinin və elminin  inkişafı naminə gələcək fəaliyyətində uğurlar arzulayırıq.