REKTORLA “SABAH” QRUPUNA DAXİL OLAN TƏLƏBƏLƏRİN GÖRÜŞÜ

Məlumdur ki, “Azərbaycanda ali təhsilin brendi” olan “Sabah” qrupların yaradılması Azərbaycanda bazarın tələblərinə xidmət edəcək, bacarıqlı, savadlı kadrların yetişdirilməsinə imkan verəcəkdir. Bu qruplara tələbələri qatılacaq 20 ali təhsil müəssisənindən biri də  Gəncə Dövlət Universitetidir.
Universitetin imtahandan keçərək son mərhələyə çatmış tələbələri ilə rektor professor Yusif Yusibovun görüşü oldu. Görüşdə rektor tələbələrə bu işə məsuliyyətlə yanaşmalarını, öz üzərlərində daha səylə çalışmalarını, “Sabah” qruplarında da Universitetimizin şərəfini ləyaqətlə qorumalarını tövsiyyə etdi.
Tələbələrlə dialoq şəlklində aparılan bu görüşün sonunda professor Yusif Yusibov onlara səmimi arzularını çatdırıb uğurlar dilədi.