Gəncə Dövlət Universiteti, Rektor köməkçisi
Nağıyev Elsevər Niyazi oğlu

 

25 may 1985-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1992-2003-cü illərdə Məmməd Əmin Rəsulzadə adına 17saylı orta məktəbdə oxumuş. 2003-2007-cü illərdə isə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin tarix ixtisasında bakalavriyyat  pilləsində təhsil almışdır. 2007-2008-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Əmək fəaliyətinə 2011-ci ildən Gəncə Dövlət Universitetinin tədris metodika şöbəsində dispetçer vəzifəsində başlamışdır. 2011-2014-cü illər ərzində isə tədris işləri üzrə prorektor köməkçisi vəzifəsində çalışmışdır. 2013-cü ildə Türkiyə Respublikasında Fırat Universitetinin Sosial bilimlər bölümündə magistr səviyyəsinə daxil olmuşdur. 17.03.2014-cü il tarixdən Gəncə Dövlət Universitetinin Rektor köməkçisi vəzifəsində işləyir.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Əlaqə nömrələri: mobil: +994554839310

iş:        (+99422)2562312

faks:    (+99422)2567313

e-mail: nagiyev.elsever@bk.ru

 


 

Gəncə Dövlət Universiteti, Rektorun müşaviri. Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 

Kubışev İlqar Nadir oğlu

12 avqust 1971-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1978-1988-ci illərdə Maksim Qorki (indiki İsmət Qayıbov) adına 1 saylı orta məktəbdə oxumuş, 1988-1993-cü illərdə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstituda (indiki Azərbaycan Texniki Universiteti) Maşınqayırma ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1996-cı ildə Gəncə Dövlət Universitetinin tədris şöbəsində dispetçer vəifəsindən başlamışdır. 1997-2006-cı illər ərzində isə tədris işləri üzrə prorektor köməkçisi vəzifəsində çalışmışdır. İ.N.Kubışov 2006-2012-ci illərdə Rektor köməkçisi vəzifəsində, 2012-2014-cü illərdə isə Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında müəllim vəzifəsində işləmişdir. 2014-cü ilin aprel ayından Gəncə Dövlət Universitetində Rektor məsləhətçisi vəzifəsində çalışır.

Riyaziyyat üzrə fəlsəfə doktorudur.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Əlaqə nömrələri: mobil: +994503381615

iş:         (+99422)2562312

faks:        (+99422)2567313

e-mail:   ilqar-gdu@ramler.ru

 


Gəncə Dövlət Universiteti, İdarə aparatının operatoru
Qasımova Həmidə İsgəndər qızı

1976-cı ildə Gəncə şəhərində anadan olub,1994-1999-cu ildə Gəncə Dövlət Universitetinin Pedaqogika və ibtidai təhsilin metodikası ixtisası üzrə tam ali təhsil alıb.Əmək fəaliyyətinə 2001-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Tələbə şöbəsinin müdiri vəzifəsində, 2016-cı ildən isə Gəncə Dövlət Universitetinin İdarə aparatının operatoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Təhsil İnstitutunun dissertantıdır.

mobil: +994503867112

iş:       (+99422)2562312

faks:   (+99422)2567313

e-mail: hamida15@mail.ru