“Respublika Gənclər Debat Forumu: Payız 2017”nin qalib komandası müəyyənləşib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: Payız 2017” forumu keçirilib.

Milli Debat Programı çərçivəsində təşkil olunan forumda digər regional mərkəzlərin təmsilçi komandalarından üstün olan Gəncə Regional Debat Mərkəzi”nin Pobeda komandası final mərhələsində iştirak üçün haqq qazanıb.

Yarışın final mərhələsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Debat Klubunun Propaqanda komandası ilə Gəncə Dövlət Universitetinin Pobeda komandası qarşılaşıb. Bütün görüşlərdə üstünlüyünü nümayiş etdirən Propaqanda komandası forumun qalibi elan edilib.