“Rus və Azərbaycan dillərində şeirlərin tərcüməsində ekvivalentlərin seçilməsi problemləri” movzusunda açıq dərs

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə “Azərbaycan və Rus dillərində şeirlərin tərcüməsində ekvivalentlərin seçilməsi problemləri” mövzusunda açıq dərs təşkil olunub.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, açıq dərsdə Xarici dillər fakültəsinin professor-müəllim heyəti, AMEA-nın Gəncə Bölməsinin filoloq alimləri, tərcümə işi ilə məşğul olan mütəxəssislər, ümumtəhsil məktəblərinin dil və ədəbiyyat müəllimləri, eləcə də tələbələr iştirak ediblər.