Səfirlik nümayəndələri tələbələri Fransada təhsil və təqaüd imkanları barədə məlumatlandırıb

Mayın 24-də Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində təhsil alan tələbələrlə Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndələrinin görüşü təşkil olunub.

Qarşılıqlı əməkdaşlıq məqsədi daşıyan görüşdə xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov, Fransız dili kafedrasının müdiri Məhərrəm Orucov, həmçinin Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndələri – Attaşe xanım Moren Rab və və Camous Fransın assistenti Mədinə Mollayeva iştirak ediblər.

Səfirliyin nümayəndələri tələbələrə Fransada təhsil almağın gənclərin gələcək karyerasına müsbət təsiri və Fransız höküməti tərəfindən təşkil olunmuş  təqaüdlər kompanyası haqqında geniş məlumat veriblər.

Sonda tələbələrin sualları səfirlik nümayəndələri tərəfindən cavablandırılıb.