Sorğu

Hörmətli həmkarlar,

Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu mövcud pandemiya şəraitində ali təhsil sisteminin yaranmış vəziyyətə hazırlıqlılığının, çevikliyinin təhlil edilməsi və qiymətləndirilməsi zərurətini nəzərə alaraq, “Azərbaycan ali təhsil sistemi: pandemik vəziyyət  çevik reaksiyalar” hesabatının hazırlanmasını planlaşdırır.

Hesabatın hazırlanması üçün ali təhsil müəssisələrinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri tərəfindən cari ilin 24 iyul tarixinə kimi doldurulması nəzərdə tutulan üç fərqli sorğu hazırlanmışdır.

Sorğular pandemiya vəziyyətində idarəetmə, tədris prosesinin təşkili, eləcə də karantin müddətinin ali təhsil müəssisələrində tədqiqatların aparılması və beynəlmiləlləşməyə olan təsirlərini dəyərləndirmək məqsədi daşıyır.

Sizdən xahiş edirik ki, yuxarıda göstərilən tarixə kimi sözügedən sorğuda ali təhsil müəssisəsinin rəhbər həyətin, müəllimlərin və tələbələrin iştirakını təmin edəsiniz.

Müvafiq sorğularla aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

1) Ali təhsil müəssisələrinin rəhbər heyəti üçün sorğu https://forms.gle/JwBCyL265DmvDW2p7   

2) Professor-müəllim heyəti üçün sorğu- https://forms.gle/QKj6NViGfFjWWVW16

3) Təhsilalanlar üçün sorğu- https://forms.gle/1Hftk6mADvryH8KJA