“SOS həyacanı” aksiyası keçiriləcək.

GDU TGT-nin təşkilatçılığı ilə “SAĞLAM GƏLƏCƏK,SAĞLAM GƏNCLİK İLƏ GƏLƏCƏK!” layihəsi çərçivəsində növbəti təlimi baş tutub.

Təlimdə müxtəlif ixtisaslardan Ümumilikdə 26 tələbə iştirak edib. Təlim GDU TGT-nin sədr müavini Qulu Abdullazadə tərəfindən həyata keçirilib. Təlimin keçirilməsində əsas məqsəd tələbələrə QİÇS, Vərəm, Hepatit, Şəkərli Diabet və Alkoqolizm kimi xəstəliklər haqqında məlumat vermək və gəncləri sağlam həyat tərzi anlayışını aşılamaqdan ibarət olub. Təlim müddətində 1 aylıq layihədə görülən və görüləcək işlər haqqında da məlumatlar verilib. Təlimdən seçilmiş 10 gənc ilə 20 noyabr tarixində universitetdə “SOS həyacanı” aksiyası keçiriləcək. Belə ki , xüsusi təlimlənmiş gənclər auditoriyaya daxil olaraq 4 dəqiqə müddətində QİÇS və digər infeksiyon xəstəliklərin yaranma yolları, müalicəsi, həmin xəstəliklərdən necə qorunmaq yolları kimi mövzuda çıxış edəcək, məlumat nəşrləri paylayaraq tələbələri maarifləndirəcəklər.

Qeyd edək ki, layihənin yekununadək 2 seminar, sosial çarxın çəkilişi, fləşmob və 1 dekabr Beynəlxalq QİÇS-lə mübarizə gününə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub.

.10675718_855000631206747_3746385976802933951_n

10363848_1485227585092367_7186250473143332099_n

1017547_1485227581759034_4495034060972859828_n

.