SOS Uşaq Kəndinin sakinlərinin Yeni il sevinci

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının dəstəyi və Pedaqoji fakültənin tələbələrinin təşəbbüsü ilə gənclər “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi,Gəncə filialında yaşayan xüsusi qayğıya və diqqətə ehtiyac duyan uşaqlarla görüşüb, onlarla birlikdə bayram şənliyi keçiriblər.

Şaxta baba və Qar qızın tədbirə qatılması bayram şənliyini daha da maraqlı edib. Öz istedadlarını nümayiş etdirən balaca fidanlar mahnılar oxuyub, şeirlər söyləyiblər.