Sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin nəzərinə!

Əziz tələbələrimiz!

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 04 may tarixli 129 saylı qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 13 aprel tarixli 138 nömrəli qərarına dəyişiklik edilmiş və Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur.

          Normativ təhsil müddətində (məcburi köçkün statusu olan, valideyni Azərbaycan Respublikasının ərazi bütövlüyün və Konstitusiya quruluşunun müdafiəsi zamanı yaralanan, şəhid ailəsi üzvü hesab edilən, valideyn himayəsindən məhrum olan, 18 yaşınadək sağlamlıq imkanları məhdud, özü I və II əlil olan, təkrar ali təhsil, yenidənhazırlanma ixtisaslarında təhsil alan, V, VI və s. tədris illərinə qalmış tələbələrə aid deyil) ödənişli əsaslarla əyani (qiyabi formada təhsil alan tələbələrə aid deyil) təhsil alan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr üçün Azərbaycan Respublikasının təhsil nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı yaradılıb.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 19 may 2021-ci il tarixdən 07 iyun 2021-ci il tarixədək https://e-telebe.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçməsi tövsiyə olunur.

2019/2020-ci tədris ilinin yaz, 2020/2021-ci tədris ilinin payız semestrlərində https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil haqqı xərcləri dövlət büdcəsi tərəfindən ödənilmiş tələbələrin portaldan təkrar qeydiyyatdan keçməsi tələb olunmur. Bu tələbələrin sənədləri sistem vasitəsilə avtomatik yoxlanılacaq.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemi müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.

Nəzərə almağınız xahiş olunur.

                                                                                          REKTORLUQ