“SOSİAL MEDİA VƏ SOSİAL ŞƏBƏKƏ “ ADLI TƏLİM-SEMİNAR

26.11.14

Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü və “SKY Technology şirkətinin dəstəyi ilə  “Sosial Media və Sosial Şəbəkə “ adlı təlim-seminar təşkil olundu. Təlim-seminarda Sosial Şəbəkələr haqqında məlumatlar verildi, onun gənclərin həyatındakı rolu ilə bağlı  müzakirələr aparıldı.

Təlim əsnasında maraqlı oyunlar təşkil olundu.

Tural Sadıqlının apardığı təlim-seminar tələbələr tərəfindən böyük maraqla qarşılandı. Sonda isə təlimdə iştirak edən gənclər sertifikat ilə mükafatlandırıldı.