SOYQIRIMA HƏSR EDİLMİŞ İNŞA-YAZI MÜSABİQƏSİ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı 1918-ci ilin mart ayında erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımla bağlı inşa-yazı müsabiqəsi həyata keçirdi. Müsabiqədə müxtəlif fakültələrdən iştirak edən 60 tələbə xalqımızın yaşadığı faciələr, erməni daşnaklarının bolşeviklərlə əlbir olub bəşəriyyəti heyrətə gətirəcək analoqsuz vəhşiliklər, amansız soyqırım haqqında öz düşüncələrini, münasibətlərini, nifrətlərini inşa yazılarda əks etdirdilər.

Qalib gələn tələbələr yaxın günlərdə elan ediləcəkdir.