“STARTUP HƏFTƏSİ” keçirilib

11-15 Mart 2019-cu il tarixlərində Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentində STARTUP HƏFTƏSİ keçirilib. Keçirilən təlimlər zamanı innovasiya, innovasiyanın növləri, startuplar, biznes model, məhsulun yaradılması, dizaynı və s. kimi mövzulara toxunulub. Sonda təlimlərdə iştirtak edən tələbələr universitet rəhbərliyi tərəfindən sertifikatlar və müxtəlif hədiyyələr ilə təltif olunublar.