Universitetin təhsil-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün mütamadi işlər aparır. Universitetdə keyfiyyətin daxili monitorinqi və qiymətləndirmə mexanizmlərinin yaradılması məqsədi ilə, həmçinin ali məktəblərlə bağlı yerli və beynəlxalq təcrübələri öyrənərək innovativ təkliflər hazırlayır, mütamadi olaraq təhlillər aparır və proqnozlar dərc edir.

Mahir Tahir oğlu Nağıyev – şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent

1954-cü ildə  Gəncə şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututunun Kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə fəlsəfə doktoru proqramı üzrə müdafiə etmişdir.

1989-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Ümumi texniki fənlər və texnologiya kafedrasında müəllim, 1991-ci ildən baş müəllim vəzifəsinə seçilmiş və 1995-ci ildən isə dosent vəzifəsində işləmişdir. 2008-ci ildən kafedranın müdiri vəzifəsinə seçilmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə Yüksəkixtisaslı kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 2011-ci ildə Fəxri fərmanla təltif olunmuşdur.